Özbəkistan zəlzələdən zərər çəkənlərə 170 ton humanitar yardım göndərib

Nərmin Qocamanlı
Özbəkistan zəlzələdən zərər çəkənlərə 170 ton humanitar yardım göndərib

Özbəkistanda Türkiyənin Kahramanmaraş vilayətində  7,7 və 7,6 bal gücündə baş verən zəlzələnin qurbanlarına dəstək məqsədilə başladılan yardım kampaniyası çərçivəsində zəlzələdən zərər çəkənlərə 170 ton humanitar yardım göndərilib.

"Operativ Media" xəbər verir ki, Türkiyənin Daşkənddəki səfirliyinin yaydığı məlumata görə, səfirliyin koordinasiyası ilə Özbəkistan Ticarət və Sənaye Palatasının “Gənclik Bizim Gələcəyimizdir” Vəqfi, Özbəkistan-Türkiyə İş Adamları Dərnəyi (UTİD), Xarici İqtisadiyyat Əlaqələr Şurası (DEİK) Türkiyə-Özbəkistan İş Şurası, Müstəqil Sənayeçi və İşadamları Dərnəyi MÜSİAD-ın Özbəkistan şöbəsi və ölkədəki qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində ölkə daxilində başladılan yardım kampaniyasının davam etdiyi qeyd edilib.

Açıqlamada, sözügedən yardım kampaniyası çərçivəsində ölkə daxilində toplanaraq Türkiyənin zəlzələdən zərər çəkmiş müxtəlif bölgələrinə 170 ton humanitar yardımın göndərildiyi bildirilib.

Digər xəbərlər