Gürcüstan Türkiyəyə 100 tondan çox humanitar yardım göndərib

Nərmin Qocamanlı
Gürcüstan Türkiyəyə 100 tondan çox humanitar yardım göndərib

Gürcüstan Türkiyəyə 100 tondan çox humanitar yardım göndərib.

"Operativ Media" "Sputnik Georgia"ya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, humanitar yük ilkin tibbi yardım vasitələri, dərman vasitələri, tibbi avadanlıqlar, uşaq qidaları, isti paltarlar, uniformalar, çadırlar, generatorlar, yataq çantaları, konservlər və s.-dən ibarətdir.

Məlumata görə, Hazırda Türkiyədə 100 gürcü xilasedici var, o cümlədən kinoloqlar artıq üç nəfəri dağıntılar altından xilas ediblər.

 

Digər xəbərlər