14 Fevral 2023, 15:33
Qazaxıstan Türkiyədə axtarış-xilasetmə işlərində iştirak edənlərə dövlət medalı verəcək

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev Türkiyədə axtarış-xilasetmə işlərində iştirak edən komandada olan hər kəsə ölkəyə qayıtdıqdan sonra dövlət medalı veriləcəyini bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev Akmola vilayətinə işgüzar səfəri çərçivəsində Mülki Müdafiə Akademiyasının tələbələri ilə görüşü zamanı bildirib.
Tokayev buradakı çıxışında, "Mənim göstərişimlə Qazaxıstandan axtarış-xilasetmə və səhiyyə işçilərindən ibarət bir qrup qardaş ölkəyə göndərildi. Komandamız çox sayda insana kömək etdi", - Tokayev qeyd edib.