Emin Əmrullayev "Huawei" rəhbərliyi ilə görüşüb

admin
Emin Əmrullayev "Huawei" rəhbərliyi ilə görüşüb

İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb.

Operativ Media bu barədə nazirliyə istinadən xəbər verir.

Görüş çərçivəsində sözügedən şirkət ilə İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Digər xəbərlər