Menyu

DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb

Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya  verilən məlumata görə, araşdırma zamanı Elməddin Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır. E.Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Teqlər:

"D\u0130N: Qad\u0131n adlar\u0131 il\u0259 profill\u0259r yarad\u0131b v\u0259t\u0259nda\u015flar\u0131n pullar\u0131n\u0131 talayan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər