Həftəsonu bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI
Nərmin Qocamanlı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14–16 iyun 2025-ci il tarixlərində bir sıra yollarda təmir işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Məlumata görə, təmir işləri aparılacaq ünvanlar aşağıdakılardır:
- Səbail rayonu – Badamdar şosesi
- Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi
- Nərimanov rayonu – Ziya Bünyadov prospekti
- Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə
- Çingizxan mərasim evinin yanı, yan yol
- Xətai rayonu – Babək prospekti
- 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı
- Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi
- H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək
- Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi
Qeyd olunub ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. ( YOL BAĞLANMIR)
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net