14 İyun 2025, 15:45
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI şəkil
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan bir neçə reysi ləğv edilib.

AZAL-dan Operativ Media-ya verilən məlumata görə, həmin reyslər aşağıdakılardır:

14 iyun 2025-ci il:


• Bakı – Tel-Əviv – Bakı (J2 331/332)
• Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)
• Bakı – İslamabad – Bakı (J2 143/144)
• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
• Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

15 iyun 2025-ci il:


• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:


• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)
• Bakı – Tehran – Bakı (J2 8017/8018)

Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Son xəbərlər
“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib
ABŞ BMT-nin Fələstin üzrə xüsusi məruzəçisinə sanksiya tətbiq edib
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb
"Zirə" Türkiyə klubuna qalib gəldi