Sürət həddi ilə bağlı sürücülərə xəbərdarlıq edilib
Əsəd Abbaslı
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib.
İdarədən Operativ Media-ya daxil olan məlumatda deyilir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir:
“Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:
- Sürət həddini aşmayın;
- Yol və hava şəraitinə uyğun hərəkət edin;
- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.
Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net