Menyu

Sumqayıtda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Nərmin Qocamanlı
Sumqayıtda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Toyota” markalı, 77-EQ-595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 44 yaşlı Vüsal Hüseynov saxlanılıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından ona tibbi müayinədən keçmək təklif olunub. Lakin, V.Hüseynov məsuliyyətdən yayınmaq məqsədilə polisin qanuni tələbinə tabe olmayıb və özünə xəsarət yetirməyə çalışıb. Müayinə zamanı sürücünün narkotik vasitə qəbul edərək avtomobil idarə etdiyi aşkarlanıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vüsal Hüseynov 30 sutka inzibati qaydada həbs edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər