XİN: Zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazəsi sabah ölkəyə gətiriləcək
Nərmin Qocamanlı
"Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin (Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə) cənazələri fevralın 16-da ölkəyə gətiriləcək".
"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb:
"Cənazələrin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub".
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub.
Teqlər:
"XİN: Zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazəsi sabah ölkəyə gətiriləcək"