Menyu

Sumqayıtda binada yanğın baş verib

Əsəd Abbaslı
Sumqayıtda binada yanğın baş verib

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Operativ Media xəbər verir ki, hadisə 17-ci mikrorayonda yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib.

Məlumata görə, yanğın 2 otaqlı mənzildə başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı araşdırılır.

Teqlər:

"Sumqay\u0131tda binada yan\u011f\u0131n ba\u015f verib"

Əlaqəli Xəbərlər