Menyu

DİN: “Digər insanların istirahət hüququnu pozmamaq üçün səsimizi yox, intizamımızı artıraq!”

Əsəd Abbaslı
DİN: “Digər insanların istirahət hüququnu pozmamaq üçün səsimizi yox, intizamımızı artıraq!”

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkar olunduqda ərazi polis orqanında tədbirlər görülür.

Həmçinin, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrindəki yollarda hərəkətdə olan zaman avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq, tez-tez səs siqnalından istifadə etmək də qanunla qadağandır. Bu cür hallara yol verilməsi ictimai asayiş pozuntusudur və nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaradır.

Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Xəbərdarlıqlara baxmayaraq belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görüləcəyi nəzərdə tutulur.

Teqlər:

"D\u0130N: \u201cDig\u0259r insanlar\u0131n istirah\u0259t h\u00fcququnu pozmamaq \u00fc\u00e7\u00fcn s\u0259simizi yox intizam\u0131m\u0131z\u0131 art\u0131raq!\u201d"

Əlaqəli Xəbərlər