Məktəblər bağlanıb, Bakıda tıxac yenə azalmayıb - SƏBƏBLƏR
Nərmin Qocamanlı
Müasir dövrün ən böyük problemlərindən biri yollarda baş verən tıxaclardır. Səhər və axşam saatlarında yaranan tıxaclar isə insanlarda ciddi narahatlıq yaradır.
Təhsil müəssisələrində artıq tətilin başlamasına baxmayaraq tıxaclarda səngimə müşahidə edilmir.
Bəs buna səbəb nədir?
Nəqliyyat eksperti Eldəniz Cəfərli mövzu ilə bağlı Operativ Media-nın sualını cavablandırıb:
"Bakı şəhərində yaranan tıxacların səbəbi çoxdur. Bunu sadəcə yolda avtomobillərin sıxlığı ilə əlaqəndirmək doğru olmaz. Burada əsasən obyektiv və subyektiv səbəblər var. Subyektiv səbəblər obyektivə nisbətən daha çoxluq təşkil edir. Məsələn yolların sutkanın müxtəlif vaxtlarında bağlanması da bu tıxaclara səbəb olan əsas amillərdəndir. Yolların bağlanmasınında bir sıra səbəbləri var. Vaxtilə yol infrastrukturu layihələndiriləndə iqtisadiyyatın belə dayanıqlı və əhali sayının artması nəzərə alınmayıb. Bu səbəbdən indi yenidən həm nəqliyyat sektorunda həm yol infrastrukturunda yenidən dəyişikliklərə ehtiyac var. Və bunlar hamsı yeni dövlət proqramında əks olunub. Biz ümid edirik ki, 2025-2030-cu illər ərzində bu layihələr həyata keçirilən müddətdə tıxaclar aradan qaldırılacaq".