Menyu

Sertifikatlaşdırma imtahanında 4 228 nəfər müəllim iştirak edib

Əsəd Abbaslı
Sertifikatlaşdırma imtahanında 4 228 nəfər müəllim iştirak edib

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

Bu barədə Operativ Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Test imtahanında 4228 nəfər müəllim iştirak edib, 98 % davamiyyət qeydə alınıb.

Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Müraciətlərin qəbulu 20 iyul saat 12:00-a qədər davam edəcək.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Teqlər:

"Sertifikatla\u015fd\u0131rma imtahan\u0131nda 4 228 n\u0259f\u0259r m\u00fc\u0259llim i\u015ftirak edib"

Əlaqəli Xəbərlər