Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir
Əsəd Abbaslı
"Sertifikatlaşdırma imtahanları ölkə üzrə vahid sistem vasitəsilə izlənilir. Bu sistem müasir texnoloji infrastrukturla təmin olunub və ədalətli, şəffaf və etibarlı imtahan mühiti yaradır".
Operativ Media xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, bütün müəllimlərə eyni suallar təqdim olunur və bu suallar yalnız məktəb proqramı əsasında hazırlanır.
"Bu da obyektiv və ədalətli qiymətləndirmə üçün imkan yaradır", - deyə o qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net