19 İyun 2025, 23:30
Bakıda binada partlayış baş verib - YENİLƏNİB
Bakıda binada partlayış baş verib - YENİLƏNİB şəkil
Bakıda binada partlayış baş verib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Operativ Media-ya FHN-dən bildirilib.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

23:20

Bakıda binada partlayış və yanğın baş verib.

Operativ Media xəbər verir ki, paytaxtın Yasamal rayonunda MİDA yaşayış kompleksində mənzillərin birində partlayış baş verib.

İlkin ehtimala görə, qaz balonunun partlaması nəticəsində mənzildə yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar, təcili tibbi yardım briqadaları cəlb olunub.

Son xəbərlər
ABŞ-də qızılcaya yoluxanların sayı artıb
“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib
ABŞ BMT-nin Fələstin üzrə xüsusi məruzəçisinə sanksiya tətbiq edib
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb