Menyu

Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlanıb

Nərmin Qocamanlı
Bakı və Sumqayıt şəhərlərində silah-sursat aşkarlanıb
1 dəq oxu

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Xəzər, Nizami və Binəqədi rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 4 patron darağı və 366 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.

Sumqayıt şəhərində isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 patron darağı və 70 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər