Menyu

Azərbaycanla Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədi təsdiqlənib

Nərmin Qocamanlı
Azərbaycanla Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədi təsdiqlənib

Azərbaycanla Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib.

Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənəd 2025-ci il aprelin 30-da Əl-Küveyt şəhərində imzalanıb.

Fərmanla Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt hökumətinə bildiriş göndərmək tapşırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər