Menyu

Nəsimidə qaz olmayacaq

Əsəd Abbaslı
Nəsimidə qaz olmayacaq

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeraltı orta təzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qaldırılması məqsədi ilə 21.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, həmin müddətdə Nəsibbəy Yusifbəyli, Mirəli Qaşqay, Salatın Əsgərova, Şamil Əzizbəyov, İzzət Həmidov, Plotnikov, Kaveroçkin, Dağıstan, Ənvər Qasımzadə, Eldar Tağızadə küçələrinin, Azadlıq və Vaqif prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər