Menyu

Azərbaycanda heyvanların sağlamlığını izləyən “ağıllı tasma” yaradılıb

Nərmin Qocamanlı
Azərbaycanda heyvanların sağlamlığını izləyən “ağıllı tasma” yaradılıb

Azərbaycanda heyvanların sağlamlığını izləyən “ağıllı tasma” məhsulu hazırlanıb.

Operativ Media xəbər verir ki, bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

O, qeyd edib ki, bu yaxınlarda Zəngilanın Ağalı kəndində "bootcamp" təşkil edilib: "Bu “bootcamp”ların əsas məqsədi Azərbaycanın aparıcı universitetlərində süni intellekt, kompyuter mühəndisliyi, mekatronika kimi ixtisaslarda təhsil alan tələbələri aqrar sahədə fəaliyyət göstərən iri aqroparklarla bir araya gətirməkdir. Çünki bizim aqroparklar müasir texnologiyalardan istifadə etsələr də, çox vaxt tələbələrimizin bu sahədə maraqlı və praktik həllər üzərində işlədiyindən xəbərsiz olurlar. Bu tələbələrin həllərinin tanıdılması və təqdim edilməsi üçün belə tədbirlər təşkil edilir. Beləliklə, gənclər, universitetlər və innovativ ideyalar bir araya gəlir”.

"Artıq bir neçə uğurlu layihənin şahidi olmuşuq. Məsələn, “ağıllı tasma” layihəsini qeyd edə bilərəm. Bu layihəni Zaqataladan olan bir startapçı hazırlayıb, iribuynuzlu heyvanların boynuna taxıla bilən qurğudur. Bu cihaz heyvanın nəbzini, stress səviyyəsini, bədəndəki dəyişiklikləri qeydə alaraq mərkəzə ötürür. Eyni zamanda, heyvanlar vəhşi heyvanlarla qarşılaşdıqda xüsusi səslər çıxarır və bu səslər sayəsində vəhşi heyvanlar uzaqlaşır. "Dost Aqropark"da analoji cihazlardan istifadə edilir. Onların istifadə etdikləri cihazlar Polşa və Türkiyə istehsalıdır. Lakin yerli istehsal olan bu cihaz onlarda maraq yaratdı”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər