Sabunçuda sursat aşkar edilib

Əsəd Abbaslı
Sabunçuda sursat aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Operativ Media-ya qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra aşkar edilmiş sursatların 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 55 ədəd 5,45 mm-lik mərmi və 1 ədəd AK-74 avtomatının darağı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Digər xəbərlər