Menyu

Külək güclənib, bəzi rayonlarda arabir yağış yağır - FAKTİKİ HAVA

Əsəd Abbaslı
Külək güclənib, bəzi rayonlarda arabir yağış yağır - FAKTİKİ HAVA

İyunun 22-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Zaqatala, Qax (Sarıbaş), Oğuz, Şəki, İsmayıllı, Qəbələ, Quba və Qusarda arabir yağış yağır.

Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Neftçalada 20, Culfada 16 m/s-dək güclənir.

Qax, Şəki, Qusar, Qrızda duman müşahidə olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər