22 İyun 2025, 18:29
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edilib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edilib şəkil
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edilib

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam etdirilir.

Operativ Media xəbər verir ki, bu dəfə təxliyə olunanlar arasında Portuqaliya, Belçika, Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları yer alıb.

Təxliyə prosesi əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə həyata keçirilib.

Yoxlamaların tamamlanmasından sonra onların ölkə ərazisində təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb və təxliyə edilən qrup Bakı istiqamətində yola salınıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Son xəbərlər
ABŞ-də qızılcaya yoluxanların sayı artıb
“Qarabağ”ın ÇL-dəki potensial rəqiblərinin ilk oyunu keçirilib
ABŞ BMT-nin Fələstin üzrə xüsusi məruzəçisinə sanksiya tətbiq edib
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salınıb - YENİLƏNİB
10 israilli girov azad ediləcək
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi tədarük edə bilər
Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb
Rusiya XİN müavini işdən çıxarılıb