Menyu

FHN: Ötən həftə ərzində 7-si azyaşlı olmaqla 24 nəfər xilas edilib

Nərmin Qocamanlı
FHN: Ötən həftə ərzində 7-si azyaşlı olmaqla 24 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 607 yanğına çıxış, 22 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 7-si azyaşlı olmaqla 24 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Teqlər:

"FHN: \u00d6t\u0259n h\u0259ft\u0259 \u0259rzind\u0259 7-si azya\u015fl\u0131 olmaqla 24 n\u0259f\u0259r xilas edilib"

Əlaqəli Xəbərlər