Menyu

Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edilib

Nərmin Qocamanlı
Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edilib

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Operativ Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub.

Hökmə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
DTX tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər