Ötən gün vətəndaşların bank kartlarından oğurlanan vəsaitin həcmi açıqlanıb
Nərmin Qocamanlı
İyunun 23-də vətəndaşların bank kartlarından 6000, 1200, 778, 693, 647, 650, 457, 370, 365, 241, 70 manat pul vəsaitləri kiber üsulla oğurlanıb.
DİN mətbuat xidmətinən Operativ Media-ya verilən məlumata görə, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.
Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net