Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib

Nərmin Qocamanlı
Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib

Azərbaycanın Müdafiə Nazirliyi ilə Serbiyanın Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin "Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü" keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.

Digər xəbərlər