Menyu

“Kontakt Home”un fəaliyyətində nöqsanlar aşkarlanıb

Nərmin Qocamanlı
“Kontakt Home”un fəaliyyətində nöqsanlar aşkarlanıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ABC-Telecom” MMC-nin (“Kontakt Home” mağazalar şəbəkəsi) fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırıb.

Operativ Media agentliyə istinadən xəbər verir ki, araşdırma “HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə bağlı haqsız rəqabət əlamətlərinə dair şübhələr əsasında aparılıb və artıq yekunlaşıb.

Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, bu fakta hüquqi qiymət verilməsi məqsədilə Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Müvafiq qərardan sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması faktı üzrə işin qaldırılması məsələsinə baxılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər