“Baku Electronics”in fəaliyyəti araşdırılıb, haqsız rəqabətə yol verdiyi aşkarlanıb
Nərmin Qocamanlı
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi daxil olmuş müraciətlər əsasında “Baku Electronics” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparıb.
Məlumata görə, araşdırmanın predmetini “YOSHIRO” adlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması hallarının olub-olmaması təşkil edib.
Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma