Menyu

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Nərmin Qocamanlı
Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
1 dəq oxu

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Operativ Media-ya verilən məlumata görə, vətəndaşlar arasında aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 1 ədəd avtomatı və həmin silaha məxsus 39 ədəd patronu, eləcə də 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər