Klublararası DÇ: "Mançester Siti" "Yuventus"u darmadağınla məğlub etdi
Əziz Əzizli
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinin daha 2 matçı keçirilib.
Operativ Media xəbər verir ki, G qrupunda "Mançester Siti" "Yuventus"u 5:2 hesabı ilə məğlub edərək qrup lideri kimi, İtaliya təmsilçisi isə qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb.
Qrupun digər matçında isə Mərakeş təmsilçisi "Vidad" Səudiyyə Ərəbistanı klubu "Əl-Ayn"la qarşılaşıb. Matç Mərakeş təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.