Menyu

"Sabah" Qvadelupa millisinin üzvünü transfer etdi

Əziz Əzizli
"Sabah" Qvadelupa millisinin üzvünü transfer etdi
1 dəq oxu

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Klub Stiv Solvetlə 2 illik müqavilə imzalayıb.

Stiv karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.

Əlaqəli Xəbərlər