Menyu

Murad Musayev RPL-in 2024/25 mövsümünün ən yaxşı məşqçisi seçilib

Əziz Əzizli
Murad Musayev RPL-in 2024/25 mövsümünün ən yaxşı məşqçisi seçilib
1 dəq oxu

“Krasnodar”ın baş məşqçisi Murad Musayev 2024/25 mövsümünün yekunlarına əsasən Rusiya Premyer Liqasının (RPL) ən yaxşı məşqçisi seçilib.

Operativ Media xəbər verir ki, 41 yaşlı mütəxəssis mükafatı cümə günü Moskvada keçirilən RPL-in "Winline Heroes" mükafatlandırma mərasimində alıb. Səsvermənin yekun mərhələsinin nəticələrinə görə, o, ÇSKA-nın baş məşqçisi Marko Nikoliç və “Akron”un çalışdırıcısı Zaur Tedeyevi qabaqlayıb.

Musayev 2024-cü ilin martında “Sabah” klubunda 2 il yarımdan artıq çalışdıqdan sonra Rusiyaya qayıdıb. Ötən mövsüm “Krasnodar” onun rəhbərliyi altında RPL çempionu olub.

Əlaqəli Xəbərlər