İsrailin xarici işlər naziri Kiyevə gedib
Nərmin Qocamanlı
İsrail XİN başçısı Eli Kohen Kiyevə səfər edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Kohen müharibə başlayandan bu yana İsrailin Ukraynaya səfər edən ilk yüksək vəzifəli şəxsidir.
Bildirilib ki, Kohen səfər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski və həmkarı Dmitri Kuleba ilə görüşəcək.
"İsrail son bir ildə Ukrayna xalqının və Ukraynanın yanında oldu. Bu gün Kiyevdəki səfirliyimizdə yenidən İsrail bayrağını qaldıracağıq" - XİN-nin məlumatında deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net