AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

Nərmin Qocamanlı
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci il iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.

Operativ Media bu barədə AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir.

Uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Digər xəbərlər