Menyu

Azərbaycan XİN Yekaterinburq şəhərində azərbaycanlılara hücumla bağlı bəyanat yayıb

Nərmin Qocamanlı
Azərbaycan XİN Yekaterinburq şəhərində azərbaycanlılara hücumla bağlı bəyanat yayıb
1 dəq oxu

27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: "Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik".

Əlaqəli Xəbərlər