28 İyun 2025, 11:00
"Shamakhi Open 2025" beynəlxalq şahmat festivalının qalibi nə qədər qazanacaq?
"Shamakhi Open 2025" beynəlxalq şahmat festivalının qalibi nə qədər qazanacaq? şəkil
"Shamakhi Open 2025" beynəlxalq şahmat festivalının qalibi nə qədər qazanacaq?

“Shamakhi Open 2025” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova və Vüqar Həşimov adına Şahmat Fondunun prezidenti Anar Allahverdiyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Vüqar Həşimov adına Şahmat Fondunun təşkilatçılığı ilə keçirilən festivalda 7 ölkədən 102 zəka sahibi öz qüvvələrini sınayır. Festivalda iştirakçılar A və B qruplarında mübarizə aparır. Klassik formatda keçirilən yarışın baş hakimi Elşad Abdullayevdir.

Yarışın ümumi mükafat fondu 23.150 manatdir. A qrupun qalibi 5.000, B qrupunun qalibi isə 1.000 manatın sahibi olacaq.

Festivalda klassik yarışdan əlavə olaraq şahmatın rapid və blits növü üzrə də turnirlər keçiriləcək.

Son xəbərlər
"Sumqayıt" ilk transferini açıqladı
Rubio və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib
Rusiya Azərbaycandan idxal edilmiş 18 ton şaftalıda "ziyanverici bakteriya" olduğunu iddia edir
Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
Gəncə-Moskva aviareysi üzrə təyyarə bu gün uçuş edib
Ötən altı ayda törədilmiş cinayətlərin 92,8 faizi açılıb
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edilib