Operativ Media xəbər verir ki, Yeqor Xvalkonun Gəncə şəhər təmsilçisi ilə müqaviləsi başa çatıb və futbolçu "Kəpəz"i tərk edib.
Belaruslu müdafiəçi son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2022-2023-cü illər mövsümündən başlayıb. 28 yaşlı oyunçu komandamızın heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub. Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub.