Menyu

"Neftçi" "Sumqayıt"dan ayrılan futbolçunu transfer etdi

Əziz Əzizli
"Neftçi" "Sumqayıt"dan ayrılan futbolçunu transfer etdi
1 dəq oxu

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Operativ Media xəbər verir ki, Murad Xaçayev artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində baş məşqçimiz Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad milli komandamızın heyətində 1 oyun keçirib.

Əlaqəli Xəbərlər