Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.