ABŞ-də keçirilən klublararası dünya çempionatının 1/8 final matçları keçirilir.
Operativ Media xəbər verir ki, "Hard Rock Stadium"da keçirilən matçda "Bavariya" Braziliya təmsilçisi "Flamenqo" ilə qarşılaşıb. Almaniya klubu 4:2 hesabı ilə qələbə qazanaraq adını 1/4 finala yazdırmağı bacarıb.
Qeyd edək ki, "Bavariya" bu mərhələdə PSJ ilə qarşılaşacaq. Matç iyulun 5-i saat 20:00-da baş tutacaq.