Türkiyə Super Liqası klubu "Beşiktaş" transfer çalışmalarını davam etdirir.
Operativ Media xəbər verir ki, İstanbul təmsilçisi "Roma" klubundan hücumçu Tammi Abrahamı heyətinə qatmağa yaxındır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
27 yaşlı hücumçu ilə müqavilənin bütün şərtləri razılaşdırılıb. İngilis forvard üçün qarşı tərəfə 20 milyon avro ödəniləcək.
Qeyd edək ki, Abraham son mövsümü icarə əsasında "Milan" klubunda çıxış edib.
Teqlər:
"\"Be\u015fikta\u015f\" ingilis h\u00fccum\u00e7u transfer edir"