Menyu

"Qalatasaray" kolumbiyalı qapıçı ilə maraqlanır

Əziz Əzizli
"Qalatasaray" kolumbiyalı qapıçı ilə maraqlanır
1 dəq oxu

Türkiyə Super Liqasının son çempionu "Qalatasaray" transfer çalışmalarını sürətləndirib.

Operativ Media xəbər verir ki, İstanbul təmsilçisi Musleranın gedişindən sonra yeni qapıçısını Kolumbiyada tapıb. "Sarı-qırmızılı" klub Kolumbiyanın "Kruz Azul" klubunun bir nömrəsi Kevin Mieri heyətinə qatmaq istəyir.

"Transfermarkt" portalı 25 yaşlı qapıçının dəyərini 7 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər