30 İyun 2025, 11:41
"Kəpəz" daha 3 futbolçu ilə yollarını ayırdı
"Kəpəz" daha 3 futbolçu ilə yollarını ayırdı şəkil
"Kəpəz" daha 3 futbolçu ilə yollarını ayırdı

"Kəpəz” daha 3 futbolçusu ilə vidalaşıb.

Klubdan Operativ Media-ya verilən məlumata görə, müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk edib.

Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib. Turandan fərqli, “Kəpəz”də ikinci mövsümünü keçirmiş Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə komandada 28 oyunda 2 dəfə fərqlənib. Klubda icarə əsasında çıxış etmiş Camal Cəfərov da “Kəpəz”də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 matçda 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov “sarı-göylər” adına 11 oyuna çıxıb.

Son xəbərlər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?
Məleykə Abbaszadə: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq
DİM sədri: Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir