30 İyun 2025, 14:29
Azərbaycanın parataekvando millisi təlim-məşq toplanışını yekunlaşdırıb
Azərbaycanın parataekvando millisi təlim-məşq toplanışını yekunlaşdırıb şəkil
Azərbaycanın parataekvando millisi təlim-məşq toplanışını yekunlaşdırıb

Parataekvondo üzrə milli komandamızın iyunun 15-dən 30-dək Türkiyənin paytaxtı Ankarada Türkiyə milli komandası ilə birgə keçirdiyi təlim-məşq toplanışına yekun vurulub.

Operativ Media xəbər verir ki, toplanışın son günündə milli komandamızın baş məşqçisi Fərid Tağızadə tərəfindən türkiyəli həmkarı İbrahim Mercimekə xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, toplanışda kişi idmançılarımızdan Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və qadın parataekvondoçumuz Səmayə Həsənova iştirak ediblər.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb