Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı
Əziz Əzizli
Azərbaycanlı futbolçu Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.
Operativ Media xəbər verir ki, 26 yaşlı hücumçu bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib:
"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik", - deyə o, paylaşımda qeyd edib.
Qeyd edək ki, Renat Dadaşov bu ilin fevral ayından "Radomyak"da çıxış edirdi. Azərbaycan milli komandasının üzvü Radom təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 22 qol ötürməsi ilə yadda qalıb.