Menyu

Azərbaycan şahmatçılarının dünya reytinqindəki yeni mövqeləri bəlli oldu

Əziz Əzizli
Azərbaycan şahmatçılarının dünya reytinqindəki yeni mövqeləri bəlli oldu

Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəlindəki mövqeləri bəlli olub.

Operativ Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2746) 11-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2659) 65-ci, Eltac Səfərli (2630) 100-cü olub.

Siyahıya norveçli Maqnus Karlsen (2839) başçılıq edir.

Qadın şahmatçlardan Günay Məmmədzadə (2390) 52-ci sıradadır. Ülviyyə Fətəliyeva (2371) 66-cı, Gövhər Beydullayeva (2371) 68-ci, Gülnar Məmmədova (2352) 88-ci yerdədir.

Burada çinli Yifan Hou (2633) liderdir.

Teqlər:

"Az\u0259rbaycan \u015fahmat\u00e7\u0131lar\u0131n\u0131n d\u00fcnya reytinqind\u0259ki yeni m\u00f6vqel\u0259ri b\u0259lli oldu"

Əlaqəli Xəbərlər