01 İyul 2025, 13:58
"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq futbolçusunu transfer etdi
"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq futbolçusunu transfer etdi şəkil
"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq futbolçusunu transfer etdi

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu Hamidu Keyta 2026-cı il mayın 31-dək Naxçıvan təmsilçisinin formasını geyinəcək. 31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib.

 Keyta Azərbaycan Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib. Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.

Qeyd edək ki, buna qədər İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Çarles Boli, Bruno Franko, Patrik Andrade, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Son xəbərlər
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib