"Qarabağ"ın təlim-məşq toplanışında qarşılaşacağı rəqiblər bilindi

Əziz Əzizli
"Qarabağ"ın təlim-məşq toplanışında qarşılaşacağı rəqiblər bilindi

Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.

Operativ Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin saytı məlumat yayıb.

"Köhlən atlar" Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.

İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Ukrayna “Metallist” (Xarkov) olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.

4 gün sonra “Qarabağ” “Tvente” ilə iki oyuna çıxacaq. Niderland təmsilçisi ilə matçlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.

İyulun 15-də baş tutacaq toplanışın son görüşü Avstriya klubu “Zaltsburq”a qarşı olacaq. Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Oyunların 4-ü də Kaprun stadionunda baş tutacaq.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək. Qurban Qurbanovun komandası Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq.

Digər xəbərlər