01 İyul 2025, 17:02
Azərbaycan XİN Rusiya Prezidentinin xüsusi nümayəndəsinə cavab verib
Azərbaycan XİN Rusiya Prezidentinin xüsusi nümayəndəsinə cavab verib şəkil
Azərbaycan XİN Rusiya Prezidentinin xüsusi nümayəndəsinə cavab verib

"Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun İnterfaks agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı verdiyi şərhlər, Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması qəbuledilməzdir".

Operativ Media xəbər verir ki, bunu Azərbaycan XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi məsələsi ilə bağlı fikirlərinə dair şərhində bildirib:

"Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.

Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran bu hadisələr fonunda, mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı tam qanuni və adekvat addımdır.

Rusiyanın mədəniyyət tədbirlərinin ləğvinin “Azərbaycanın mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdırdığı” barədə fikirlərə gəldikdə isə qeyd edək ki, Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksək səviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur. Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ləğvi ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük.

Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir".

Son xəbərlər
Corco Kyellini ABŞ klubunda səhmdar olub
Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib